Darvinizm - təsadüfləri ilahlaşdırmış batil dindir. Darvinizm - dünyanın ən böyük elmi saxtakarlığıdır. Darvinistlərin təkamül adı altında irəli sürdükləri hər bir iddia yanlışdır. Təkamül nəzəriyyəsinin elmlə heç bir əlaqəsi yoxdur.

DƏCCALIN ƏN BÖYÜK OYUNU OLAN DARVİNİZMƏ QARŞI ELMİ MÜBARİZƏ APARARAQ QƏLƏBƏ QAZANMAQ

Darvinizm nə üçün təhlükədir?


Charles Darwin

Darvinizm - təsadüfləri ilahlaşdırmış batil dindir.
Darvinizm - dünyanın ən böyük elmi saxtakarlığıdır.
Darvinistlərin təkamül adı altında irəli sürdükləri hər bir iddia yanlışdır.
Təkamül nəzəriyyəsinin elmlə heç bir əlaqəsi yoxdur.

Darvinist ideologiya insanları Allah inancından uzaqlaşdırmaq üçün uydurulmuş saxta bir dindir (Allah’ı tənzih edirik). Bu qanlı ideologiya axırzamanda dəccaliyyətin ən böyük cərəyanıdır və kütlələri özləri hiss etdirmədən dinsizliyə, müharibələrə, zalımlığa və əzaba düçar edir. Darvinizm ateizm, kommunizm, materializm kimi bütün dinsiz cərəyanların əsas mənbəyidir. Dünyaya fəlakət gətirən bütün müharibələr, terror aktları, qətliamlar, soyqırımlar, vəhşət və fəlakətlərin hər biri öz əsasını darvinizmdən götürür. Darvinizm dəccalın ən hiyləgər və ən azğın oyunudur.

Darvinistlərin batil fikirlərinə görə insan heyvan növüdür. Dolayısilə, darvinistlərin düşüncələrinə görə insana verilən dəyər də bu ölçüdədir. Darvinin başlıca fikri “insan mübarizə aparan heyvandır” fikridir. Bunun da nəticəsi olaraq insanlar arasında “güclü olanlar həyatda qalır” düşüncəsi geniş yayılmışdır. Sözügedən darvinist ideologiyanı mənimsəyən insanlar dünyaya kommunizm və faşizm kimi qanlı cərəyanlar gətirmiş, bütün dünyanı fəlakətə doğru aparmışlar. Darvinist ideologiya bu cərəyanlar vasitəsilə yayılıb müharibələrə səbəb olmuşdur. Məsələn, İkinci Dünya müharibəsi zamanı 250 milyondan çox insan, terror aktları zamanı bir milyarddan çox insan həyatını itirmişdir.

Dövrümüzdə də davam edən münaqişələr, müharibələr və terror aktları öz əsasını istisnasız olaraq darvinizmdən götürür. Elə buna görə də darvinist ideologiyanı axırzamanın ən böyük dəccal fitnəsi yaradan ideologiya adlandırmaq olar. Allah inancının bütün dünyaya yayılması və dünyadakı fəlakətin sona çatması üçün yeganə yol bu paqan (bütpərəst) din olan darvinizmi darmadağın etməkdir.

Bu batil dinin saxtakarlığı çox geniş əhatəlidir. Əslində, yanlış təkamül inancının elmi cəhətdən təkzib edilməsi son dərəcə asandır. 21-ci əsrdə bu saxta nəzəriyyə, ağıldankənar məntiq və saxtakarlıqlar hər cəhətdən ifşa olunmuşdur. Bu saytda oxuyacağınız məlumatlarda da görəcəyiniz kimi təkamül yalanı ifşa edilməyə davam etdikcə dünyanı aldadan və bəşəriyyətə bəlalar gətirən batil təkamül dini məhv olacaqdır.

Təkamülçülərin saxta bütü - təsadüflər


Cənab Adnan Oktarın, təsadüf iddiasının məntiqsizliyini və axmaqlığını dünyanın hər tərəfində ifşa etməsindən sonra Darvinistlər də son zamanlarda təsadüf kəlməsini birbaşa istifadə etməkdən çəkinirlər.

Darvinistlərə görə bütün canlılar aləmi təsadüfən yaranmışdır. Darvinistlər “Allah yaratdı” deməmək üçün (Allah’ı tənzih edirik) özlərinə təsadüfləri ilah kimi qəbul etmiş və mükəmməl kompleks canlıların tək mənbəyinin kor, şüursuz hadisələr olduğunu iddia etmişlər və belə bəsit və gülünc iddialarla insanları aldatmışlar. Universitetlərdə dərs deyən professorların, müəllimlərin, illər boyunca tədqiqatlar aparan elm adamlarının heç bir şüuru olmayan təsadüfi hadisələr haqqında düşünən, tədbirli davranan, mükəmməl sistemlər yaradan, üstün, yaradıcı bir güc olaraq bəhs etmələri böyük bir möcüzədir (Allah’ı tənzih edirik).

Təsadüf darvinistlərin sanki hər şeyi yerinə yetirən, möcüzələr meydana gətirən saxta ilahıdır. Darvinistlərin bəsit düşüncələrinə görə hər şeyi meydana gətirən zaman təsadüfdür. Bu məntiqdənkənar inanca görə təsadüflər insanların bacara bilmədiklərini bacarır, hansısa üsullarla alimlərdən daha üstün məlumat, qabiliyyət və texniki imkana sahib ola bilirlər. Əlbəttə ki, elmi biliyi, düşüncəsi və mühakimə qabiliyyəti olan insan belə bir iddianı ciddi qəbul edə bilməz. Cənab Adnan Oktarın 30 ildən çox müddət ərzində təkamül nəzəriyyəsinin əsassızlığını göstərmək üçün yazdığı əsərləri təkamülün puç bir iddia olduğunu insanların daha yaxşı görmələrinə vəsilə olmuşdur.

Cənab Adnan Oktar təsadüf iddiasının nə qədər məntiqsiz və əsassız olduğunu dünyanın hər yerində bəyan etdikdən sonra darvinistlər son zamanlarda “təsadüf” sözünü birbaşa dilə gətirməkdən çəkinirlər. Amma elə zənn edirlər ki, “təsadüf” sözünü deyil, eyni mənada olan başqa bir sözü istifadə etsələr, aşağı səviyyəyə düşməzlər. Halbuki, istər “təsadüf” desinlər, istər “özbaşına” desinlər, hər zaman dedikləri şey eynidir: bəsit, şüursuz hadisələr şüurlu, simmetrik, kompleks, estetik və möhtəşəm gözəlliyi olan canlılar aləmini yoxdan yaratmışdır. Tamamilə məntiqsiz olan bu ssenarilərlə canlılar aləminin mənşəyinə təkamüllə bağlı izahlar gətirən DARVİNİSTLƏR REALLIQDA BİR ƏDƏD ZÜLAL MOLEKULUNUN BELƏ ÖZ-ÖZÜNƏ YARANMASINI AÇIQLAYA BİLMİRLƏR. Darvinistlərin saxtakarlıqları ilə bağlı ən əhəmiyyətli həqiqət budur. İndiyə qədər bircə zülalın yaranmasını belə açıqlaya bilməyən darvinistlər açıq-aşkar saxtakarlıq edirlər. Canlı həyatın meydana gəlməsi ilə əlaqədar dedikləri məlumatlar sadəcə uydurma və əsassız hekayələrdir. Bu həqiqətin ortaya çıxması və yüz milyonlarla il heç bir dəyişiklik olmadan günümüzə qədər gəlib çıxmış milyonlarla fosillərin (daşlaşmış canlı qalıqları) bütün dünyaya nümayiş etdirilməsi darvinizmin məhvinə gətirib çıxarmışdır.

TƏKAMÜL NƏZƏRİYYƏSİNİN MƏHV EDİLMƏSİ ÜÇÜN İKİ ƏSAS DƏLİL KİFAYƏTDİR

  1. Hətta bir ədəd zülalın varlığı belə təkamül nəzəriyyəsini təkbaşına məhv edir

Darvinistlər istədikləri qədər düsturlarla dolu uydurma kitablar yazsınlar, istədikləri qədər saxta fosillər düzəltsinlər, yaradılışa dair elmi dəlillərə istədikləri qədər hücum etsinlər, istədikləri qədər hər tərəfə üzərində xəyali şəkillər olan afişalar yapışdırıb bunu təkamül sərgisi kimi tanıtsınlar, yenə də gülünc vəziyyətə düşməkdən qurtula bilmirlər. Çünki darvinistlər hələ TƏK BİR ZÜLALIN NECƏ MEYDANA GƏLDİYİNİ BELƏ AÇIQLAYA BİLMİRLƏR.

Canlıların ən təməl elementi olan zülalın meydana gəlməsi üçün 100-ə yaxın zülalın həmin an orada “hazır vəziyyətdə olması” ƏN VACİB ŞƏRTDİR. Bu mükəmməl kompleks quruluşun təfərrüatlarını düşünməyə belə ehtiyac yoxdur. Başqa zülallar olmadan hər hansı bir zülalın yarana bilməyəcəyi həqiqəti DARVİNİZMİ TƏKBAŞINA KÖKÜNDƏN MƏHV ETMƏYƏ QADİRDİR. Təkamülçülərin tək bir zülal molekulu qarşısındakı məğlubiyyəti bununla bitmir.

Bundan başqa;

  • Bir zülalın əmələ gəlməsi üçün DNT lazımdır.
  • Zülal olmasa, DNT əmələ gəlməz.
  • DNT olmasa, zülal əmələ gəlməz.
  • Zülal olmasa, zülal əmələ gəlməz.
  • Bir zülalın əmələ gəlməsi üçün 60 ayrı zülal lazımdır.Bu zülalların biri əskik olsa, zülal əmələ gəlməz.
  • Ribosom olmasa, zülal əmələ gəlməz.
  • RNT olmasa, zülal əmələ gəlməz.
  • ATF olmasa, zülal əmələ gəlməz.
  • ATF-i hazırlayan mitoxondri olmasa, zülal əmələ gəlməz.
  • Hüceyrənin nüvəsi olmasa, zülal əmələ gəlməz.
  • Sitoplazma olmasa, zülal əmələ gəlməz.
  • Hüceyrənin orqanoidlərindən biri əskik olsa, zülal əmələ gəlməz.
  • Hüceyrənin bütün orqanoidlərinin olması və işləməsi üçün də zülallar lazımdır.
  • Bu orqanoidlər olmasa, əsla zülal əmələ gəlməz.

Bir sözlə,

Bu sistem ancaq birlikdə fəaliyyət göstərə bilər. Biri olmasa, digəri olmaz. Bir hissəsi olsa da, sistemin digər hissələri olmasa, bu hissə heç bir işə yaramaz. Qısaca desək, BİR ZÜLALIN ƏMƏLƏ GƏLMƏSİ ÜÇÜN HÜCEYRƏ BÜTÖV MÖVCUD OLMALIDIR. Elm hüceyrənin çox az hissəsini öyrənmişdir. Hüceyrə mükəmməl kompleks quruluşu ilə mövcud olmasa, BİR ZÜLAL DA YARANA BİLMƏZ, yəni HƏYAT TƏSADÜFƏN YARANA BİLMƏZ.

Bu həqiqət qarşısında təkamülçülər yeni-yeni ssenarilər yazmaq məcburiyyətində qaldılar. Onlardan biri olan Riçard Davkinsin (Richard Dawkins) və digər bəzi darvinistlərin iddia etdikləri “öz-özünü kopyalayan molekul” məlumatı cəfəngiyyatdır və sırf insanları aldatmaq üçün irəli sürülmüşdür. İNSAN HÜCEYRƏSİNDƏKİ HEÇ BİR MOLEKUL DİGƏR BİRİNİN YARDIMINA EHTİYAC DUYMADAN ÖZ-ÖZÜNÜ KOPYALAYARAQ ÇOXALA BİLMİR. ONUN BELƏ QABİLİYYƏTİ YOXDUR.

Göründüyü kimi, təkamül nəzəriyyəsi elə ilk mərhələdəcə gülünc vəziyyətə düşmüşdür. Bir zülal qarşısında belə çarəsiz qalan təkamülçülərin yer üzərindəki canlı müxtəlifliliyi mövzusunda insanları aldatmağa çalışmaları saxtakarlıqlarının nə qədər böyük dərəcədə olduğunu göstərir.

200-350 Milyon sayda fosil təkamül nəzəriyyəsini məhv etmişdir

Darvinistlər fosillərdə də saxtakarlıq edirlər. İnsanları öz uydurduqları saxta ara-keçid formalarla aldadır, uydurma şəkillər, saxta maketlər və s. ilə gözlərini bağlayır və bu üsullarla insanlara öz yalanlarını doğru kimi təlqin edirlər. Halbuki, indiyə qədər heç bir təkamülçü alimin bircə fosil əlinə alıb “Təkamülə dəlil tapdıq” dediyinə rast gəlinməmişdir. Çünki bu mümkün deyildir. BİRCƏ ARA-KEÇİD FOSİLİ NÜMUNƏSİ BELƏ YOXDUR.

Bu, illərdir darvinistlərin uydurma təlqininə məruz qalanlar üçün vacib bir həqiqətdir. Çünki darvinist nəşrlərdə təkamülü isbat edən ara-keçid formalarından heç də bəhs edilmir. Təkamülü sübut edən bircə ara-keçid forması belə tapılmamışdır.

İndiyə qədər 350 milyondan çox fosil tapılmışdır. Bunlardan BİRİ BELƏ ARA-KEÇİD FOSİLİ DEYİL. Darvinistlərin ara mövqe tutan canlı kimi nümayiş etdikləri fosillərin də hər birinin saxta olduğu sübut edilmişdir. 350 milyondan çox fosilin əksəriyyəti dövrümüzdə yaşayan canlıların milyonlarla il əvvəlki nümunələridir. Yəni bunlar yaşayan fosillərdir. Bu fosillər sübut edir ki, milyonlarla il boyunca canlılar heç bir dəyişikliyə məruz qalmamışlar.

Aşkarlanan fosillərin bir qismi keçmişdə yaşamış və nəsli kəsilmiş canlılara aiddir. Fosillər bu canlıların milyonlarla il əvvəl çox müfəssəl və heyrətamiz kompleks quruluşlarının olduğunu aşkara çıxarmışdır. Bu, təkamül nəzəriyyəsinin elmi cəhətdən süqut etməsinin dəlillərindən biridir.

Fosillər darvinizmə vurulan ikinci böyük zərbədir. Elmin hər bir sahəsi təkamülün doğru olmadığını sübut edir. Hər bir elmi kəşf hər dəfə yeni-yeni dəlillərlə təkamülü məhv edir. Lakin üzərində durduğumuz bu iki məqam: təkamülün zülal və fosillər qarşısında məğlubiyyəti təkamül iddiasını alt-üst etməyə kifayət etdiyi üçün təkamülü darmadağın edən digər məqamlara toxunmağa ehtiyac yoxdur. Bu böyük zərbə darvinistlərə kifayətdir. Amma yenə də növbəti səhifələrdə təkamülçülərin iddialarına cavab olaraq bəzi təməl mövzulara toxunacağıq.

  YAŞAYAN FOSİLLƏR TƏKAMÜL NƏZƏRİYYƏSİNİ TƏKZİB EDİR  
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   

İnsanın uydurma təkamülü ən böyük darvinist saxtakarlığıdır

Dünya səviyyəsində üstünlüyü ələ alan darvinist diktatura media vasitəsilə illərdir ki, "meymun-insan” saxtakarlığını müdafiə edir. Demək olar ki, tapılan hər bir meymun fosili bu saxtakarlıq üçün istifadə edilmişdir. Ancaq hər dəfə onların adi bir meymun fosili olması sübut edilmiş və bu, onları səssizliyə qərq etmişdir. Bu, darvinistlərin ən məşhur yalan üsullarıdır. Bundan başqa, darvinistlər meymun-insan bənzərliyindən istifadə edə bilmək üçün hər hansı bir meymun növünü ön plana çıxarır və onun müxtəlif davranışlarını, alətlərdən istifadə etmək, öyrənmək qabiliyyəti kimi xüsusiyyətlərini vurğulayaraq bəzi göstəriş xarakterli hərəkətlər edirlər. Məqsəd insanın meymundan yaranmasını məlumatı az olan oxuculara “əsaslı” şəkildə çatdırmaqdır.

Doğrudur, meymunlar müxtəlif xüsusiyyətlərinə görə insanlara bənzəyir. Amma bu, insanla meymunun tamamilə fərqli canlılar olması həqiqətini dəyişdirmir. Meymun Allah`ın iznilə bu dünyada mövcud olduğu müddət ərzində ondan fərqli bir canlı yarana bilməz, nə qədər əhliləşdirilirsə əhliləşdirilsin, insan kimi düşünmək, hiss etmək, fikir bildirmək, ehtiyatlı, ağıllı davranmaq, mühakimə etmək, planlı və şüurlu hərəkət etmək, nitq kimi xüsusiyyətlərə sahib ola bilməyəcək. Nə qədər çox bəyan etsələr də, meymun heç bir zaman təyyarə düzəldə bilməyəcək, göydələnlər inşa edə bilməyəcək, şeir yaza bilməyəcək, laboratoriyada fəaliyyət göstərə bilməyəcək. Nə qədər əhliləşdirilirsə əhliləşdirilsin, bir layihə ərsəyə gətirə bilməyəcək, düşünüb planlaşdıraraq daha yüksək bir mədəniyyət səviyyəsinə çata bilməyəcək. Çünki meymun Allah`ın ona xüsusi olaraq verdiyi, onu meymun edən anatomik xüsusiyyətlərə malikdir və ən əhəmiyyətlisi insanı insan edən şüur, ağıl və ruhdan məhrum olan bir varlıqdır. Onun sadəcə bir sıra qabiliyyətlərinin olması, insanın əcdadı olduğuna dair iddianın, şübhəsiz ki, heç bir şəkildə isbatı ola bilməz.

İnsanı insan edən Allah`ın nemət olaraq lütf etdiyi ruhdur

Darvinistlər bu iddiaları irəli sürərkən insan və heyvan arasındakı ən əhəmiyyətli fərqi unutdurmağa çalışırlar. İNSAN, “MƏNƏM DEYƏN, ÖZ VARLIĞINI DƏRK EDƏN, NƏ ÜÇÜN YARADILDIĞINI, NƏ ÜÇÜN MÖVCUD OLDUĞUNU DÜŞÜNƏ BİLƏN, MÜHAKİMƏ ETMƏK QABİLİYYƏTİ OLAN BİR CANLIDIR. İNSAN RUH SAHİBİDİR. Elə buna görə də digər canlıların hamısından bu başlıca fərq ilə fərqlənir. Ruhun varlığı ilə müqayisədə anatomik xüsusiyyətlərin və bacarıqların heç bir dəyəri yoxdur. BİR VARLIQ XARİCİ GÖRÜNÜŞÜNƏ GÖRƏ İNSANA BƏNZƏMƏSƏ, LAKİN RUH SAHİBİ OLSA, O YENƏ İNSANDIR. Onu insan edən tək xüsusiyyət budur.

MATERİALİZM “MƏNƏM” DEYƏN, VARLIĞINI DƏRK EDƏN ŞÜURLU BİR VARLIĞI İZAH EDƏ BİLMƏZ Heç bir materialist düşüncə ilə öz varlığının şüurunda olmayan bir canlının ruha sahib olan və varlığının şüurunda olan bir varlığa çevrilməsi izah edilə bilməz. İnsanın saxta təkamülündən danışarkən və bu mövzuda saysız-hesabsız saxta nümunələri dəlil olaraq göstərməyə çalışarkən darvinistlərin tək toxunmaq istəmədikləri və onları tamamilə çarəsizliyə salan mövzu da məhz budur.

Darvinist yayımlarda geniş təbliğatı aparılan insanın təkamülü iddiaları tamamilə saxtakarlıqdır. Darvinislər, əvvəla, insanı insan edən, gördüklərindən, duyduqlarından təsirlənməsini, onlar üzərində düşünməsini, hörmət, sevgi, sədaqət kimi hisslərə sahib olmasını təmin edən ruhun tərifini verməlidirlər. Lakin bu mövzuda heç bir izah gətirə bilmirlər və gətirmələri də qeyri-mümkündür. Çünki şüurun mənbəyi, yəni insanı insan edən ruh Allah`a aiddir. Allah lütf olaraq bunu insana bəxş etmiş və onu digər canlılardan, xüsusilə bu xüsusiyyəti ilə fərqləndirmişdir. Darvinizm bu mövzuda çarəsiz və səssizdir.

Allah Quranda insanı Öz ruhundan yaratdığını belə bildirir:

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)

Təsadüfi mutasiyalar canlılar aləmini məhv edər

Darvinistlər canlıların təsadüfi mutasiyalar nəticəsində təkmilləşdiklərini, şüursuz mutasiyaların yer üzərində gördüyümüz möhtəşəm canlıları meydana gətirdiklərini iddia edirlər.

Bu iddia tamamilə məntiqə ziddir.

Mutasiyalar canlı hüceyrənin nüvəsində olub genetik məlumat daşıyan DNT molekulunda radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar, pozuntular və yerdəyişmələrdir. Mutasiya orqanizmə 99% zərər verir, 1%-i isə zərərsizdir. Hər hansı bir orqanizmə fayda verən mutasiya nümunəsi tapılmamışdır və yoxdur. Bundan başqa,

  • Darvistlərin iddiasına uyğun olaraq, əslində, mutasiyalar vücudun hər yerində mütənasib və bir-birinə uyğun dəyişikliklər etməlidirlər.
  • Məsələn, iddialarına uyğun olaraq təsadüfi mutasiyalar sağ tərəfdə qulaq necə formalaşıbsa, sol tərəfdə də eyni simmetriyada, eyni şəkildə eşidən, eyni xüsusiyyətlərə sahib olan ikinci bir qulaq yaratmalıdır. Çəkic, zindan, və üzəngi kimi eşitmə prosesində mühüm rol oynayan qulaq hissələrinin hər biri ayrı-ayrılıqda mükəmməl olmalıdır.
  • Təsadüfi mutasiyalar ürək qapaqcıqlarını da iki tərəfdə də eyni cür formalaşdırmalı, bütün kameraları, qapaqcıqları eyni formada, xətasız, tamamilə yerli-yerində və eyni anda meydana gətirməlidirlər. Vücudun hər bir orqanında bu proses eyni tərzdə olmalıdır.
  • Əks halda böyük ziddiyyətlər baş verər, bir qulağı tərs, tək gözlü, gözü burnunda çıxan əcayib canlılar meydana gəlməli idi. Mutasiyalar hər şeyi simmetrik və uyğun şəkildə meydana gətirməlidirlər. Amma mutasiyaya məruz qalan canlılarda belə uyğunluq yoxdur.
  • 99%-i zərərli, 1%-i təsirsiz olan mutasiyaların faydalı olmaları; uyğun, simmetrik orqanları eyni anda yarada bilmələri qeyri-mümkündür.
  • Mutasiyaların təsiri sağlam bir bədənə silahla atəş açmağa bənzəyir. Sağlam bir şeyə atəş açsaq, onda fəsad yaradar. Məsələn, bədənə 100 mərmi atılsa, onlardan tək birinin təsirsiz olması və ya vücuddakı mövcud bir infeksiyanı sağaltması heç bir şeyi dəyişdirməz. Orqanizm özünə dəyən 99 mərmi ilə onsuz da məhv olacaq.

Darvinizm və ateizm elmə tamamilə ziddir

Təkamül nəzəriyyəsini müdafiə edənlər elm adından sui-istifadə edərək insanları uzun illər boyu aldadıblar. Amma elm darvinizmin düşmənidir, ateizmin əleyhinədir. Elm anti-kommunist, anti-materialistdir. Elm marksist, ateist və darvinist düşüncəni darmadağın edən bir sistemdir. Elm darvinizmə ən böyük zərbəni vurmuşdur, illərlə insanlara təlqin edilən təkamül saxtakarlığını puç etmişdir. Elm ateist fəlsəfənin əsaslarını məhv etmişdir. Məhz bu səbəblərə görə darvinizmin ən böyük PROBLEMLƏRİNDƏN BİRİ ELMDİR.
Zülalların təsadüfən meydana gələ bilməyəcəyini aşkar edən də elm olmuşdur.

Hüceyrənin fövqəladə dünyasının olduğunu aşkar edən, bunun heç vaxt təkamül keçirmədiyini,canlıların bir-birinə çevrilmələrinin qeyri-mümkün olduğunu sübut edən,Kembri dövrünün möhtəşəm fosillərini nümayiş etdirən də elm olmuşdur. Beləliklə, elmin aşkara çıxardığı və hələ də çıxarmağa davam etdiyi bütün dəlillər hər zaman təkamül nəzəriyyəsini yerlə-yeksan edir.

Elmin aşkar etdiyi möhtəşəm dəlillər “təkamül elmdir” deyərək öz saxtakarlıqlarını ört-basdır etməyə çalışan darvinistləri maddi-mənəvi cəhətdən təlatümə uğradır. Elm yalnızca dinə xidmət edir, Allah`ın uca varlığının sübutlarını göstərir. Elm Allah`a iman gətirənlər üçündür və yalnızca səmimi iman gətirənlərə fayda verir. Bütün bu həqiqətlər 21-ci əsrdə darvinistərin qorxulu yuxusuna çevrilmişdir.

“Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki, O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.” (Bəqərə surəsi, 26)

“Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də!” (Həcc surəsi, 73)

Darvinizm dünyaya necə hakim oldu?

Darvinizm ideologiyası tamamilə saxtakarlığa əsaslanan, yer üzərindəki bütün canlıların təsadüfən meydana gəldiklərini iddia edən primitiv bir yalandır. Amma bu ağılasığmaz saxtakarlıq demək olar ki, bütün dövlətlərə, hökumətlərə, məktəblərə, universitetlərə, iş yerlərinə, qəzetlərə, jurnallara, radiolara, televiziyaya hakim olmuşdur. Bu saxtakarlığı yayan və dünyada aparıcı edən qüvvə hiyləgər və dəccali sistem olan darvinist diktatorluğudur. Bu diktatorluq 150 il ərzində öz vəzifəsini yerinə yetirmiş və hələ də yerinə yetirməyə davam edir.


Məktəblərdə yaradılışın tədris edilməsini təklif etdiyi üçün dərhal vəzifəsindən uzaqlaşdırılan İngiltərə Kral Akademiyasının təhsil direktoru Maykl Rayss (Michael Reiss)


Təhsil Nazirliyi Elm Şöbəsinin sədri dr.Qavriyel Avital (Gavriel Avital) təkamül nəzəriyyəsini tənqid edən yazılı ve şifahi dediklərinə görə dərhal vəzifəsindən uzaqlaşdırılmışdır.

Darvinist diktatorluğun hakimiyyəti zorakılıq, təhdid və təzyiqə əsaslanır. Hazırda dünyanın heç bir ölkəsində təkamülün əleyhinə çıxan professor, alimlərin hansısa universitetdə, təhsil müəssisələrində dərs keçməsinə rast gələ bilmərik. Heç bir ölkənin baş naziri anti-darvinist olduğunu etiraf edə bilməz, heç bir müəllim tələbələrinə təkamül saxtakarlığını izah edə bilməz, tələbələr də müəllimlərinə təkamülə inanmadıqlarını deyə bilməzlər. Bir professor və ya müəllim bunu etsə, onu dərhal işdən qovarlar. Həmin tələbəni o dərsdən keçirməzlər. Anti-darvinist düşüncəsi olan bir nazirin vəzifədə çox qalmağına icazə verməzlər. Beləliklə, yaradılış həqiqətinin təkamüllə birlikdə təhsil müəssisələrində keçirilməsi ilə bağlı edilən bütün cəhdlər NƏTİCƏSİZ QALMIŞDIR.

Hazırda dünyada əksər məşhur mətbuat orqanları təkamülün “sübutu” olan saxta fosilləri mütləq yayımlamaq və tanıtmaq məcburiyyətindədirlər. Mütləq ki, bu saxtakarlığın iştirakçısı olmalıdırlar, yoxsa mətbuat həyatları sona çatar. Yaradılışı müdafiə etdiyi, hətta sadəcə olaraq yaradılışla bağlı bir mövzudan bir məqalədə bəhs etdiyi üçün kariyerasına son qoyulan elm adamının və ya professorun yenidən işə qəbul edilməsi demək olar ki, qeyri-mümkün hala gəlmişdir. Həmin insan çox güman ki, ətrafındakı bütün dostlarını da itirəcək, onun elm sahəsində yenidən özünə yer tapa bilməsindən isə danışmaq olmaz.

YARADILIŞ GERÇƏYİNİ MÜDAFİƏ ETDİKLƏRİ ÜÇÜN VƏZİFƏLƏRİNDƏN UZAQLAŞDIRILAN DİGƏR PROFESSORLAR

   
 

Darvinistlərin başlıca tətbiq etdikləri şey təhdid və zorakılıqdır. İnsanlar darvinist diktatorluğun hədə-qorxu və məcburiyyət tədbirlərindən çəkinərək darvinizmin əleyhinə çıxdıqlarını indiki zamana qədər aşkar şəkildə deyə bilməmiş, yalandan rol oynamaq məcburiyyətində qalmışlar. Darvinizm tərəfdarları hər cür üsuldan istifadə edərək darvinizmin tənqidinin qarşısı alırlar, çünki əks halda heç bir dayağı olmayan nəzəriyyəni ayaqda saxlamaq üçün başqa yol tapa bilməyəcəklər. Yalan yüksək səslə bəyan edilə bilər, amma bunun doğru olmadığını demək qəbahət halına gəlmişdir. Elm adı altında irəli sürülən bu nəzəriyyə tamamilə elmdən uzaq, batil və doqmatik bir inanca çevrilmişdir. Əsl diqqətçəkən məqam isə bunun göz önündə və heç nədən çəkinmədən edilməsidir.

Dünyanı fəlakətə aparan təkamül nəzəriyyəsi elmin inkişafına da mane olur

Hazırda təkamülü dəstəkləmək üçün milyonlarla dollar pul xərclənir. Təkamül tədqiqatları dedikləri şey əslində sadəcə sərvət xərcləyərək yeni saxtakarlıqlar iddia etmək və bunu mətbuat vasitəsi ilə yaymaqdır. Bu pullar müxtəlif elmi kəşflər və tibb sahəsində aşkar edilən yeniliklərə, məsələn, xərçəng, altshaymer (alzheimerz) kimi xəstəliklərin müalicəsi üçün istifadə edilə və ya Afrikada aclıqdan ölən milyonlarla insana xərclənə bilər, amma bunun əksinə edilir. İnsanlardan alınıb dünyanı fəlakətə aparan bir saxtakarlıq üçün xərclənir.

Təkamül dünyanın ən böyük saxtakarlığıdır. Darvinist diktatura 150 il ərzində bu saxta hipnozu bütün dünyaya yaymışdır. Göründüyü kimi, darvinizm elm olduğu üçün deyil, tamamilə məcburi yollarla təlqin edildiyi və darvinist diktatorluğu tərəfindən mühafizə olunduğu üçün dünyanın əksəriyyəti tərəfindən dəstəklənmişdir. Əksəriyyətin bu saxta nəzəriyyəni müdafiə edirmiş kimi görünməsi insanları yanıltmamalıdır. Çünki bu insanların bir qismi darvinizmin dünya tarixində yaşanan ən böyük saxtakarlıq olduğunu bilmir, bir qismi isə işini itirməmək və ya ətrafındakıların diqqətini üzərinə çəkməmək üçün darvinizmi dəstəkləyirmiş kimi görünür. QORXUNC DƏCCAL SİSTEMİ OLAN DARVİNİST DİKTATURA TƏRƏFİNDƏN dəstəklənən bu saxta nəzəriyyə bütün dayaqlarını demək olar ki, bir-bir itirir. Təkamül nəzəriyyəsinin tamamilə məhv olması isə Allah`ın izni ilə çox asandır.

“Yaradılış Atlası” və inamlarını itirən darvinistlər

Bir insana hər tərəfi qapalı bir otaqda “çöldə hava qaranlıqdır” deyilsə, o buna 50 % ehtimal verər və inana bilər. Amma pəncərənin sadəcə balaca bir hissəsindən çöldəki günəşi görəndə artıq bu insana çöldəki havanın qaranlıq olduğuna inandırmağın heç bir mənası yoxdur.



Fransanın Strasburq şəhərində Avropa Şurasına hesabat təqdim edən lüksemburqlu politoloq Enn Braser (Anne Brasseur) mətbuat konfransında “Yaradılış Atlası”nı əlinə almış və jurnalistlərə göstərərək kitab haqqında belə demişdir:

“Harun Yəhya müsəlman, türk yaradılışçısıdır. Bu, kitabın ilk cildidir. 2-ci cildi də var. Avropaya göndərdi. İki dildədir: ingilis və fransızca. Darvinizmin yalan olduğunu, darvinizmin terrorun mənbəyi olduğunu, 20-ci əsrdəki diktatorlardan və s. dən darvinizmin məsul olduğunu izah edir…”


Darvinistlərin vəziyyəti də eynilə bu cür olmuşdur. 150 il müddətində darvinistlər elm adı altında hər cür saxtakarlığa əl atdılar, bundan heç utanc da duymadılar. Çünki bu yalnış xəbərlərlə insanları aldada biləcəklərinə özlərini də inandırmışdılar. Ciddi təlqin və hipnozla eyni yalanı təkrarlayıb heyrətamiz sayda tərəfdarlar topladılar. Ancaq hər şey tam darvinistlərin planlaşdırdığı kimi davam edərkən, insanlar hipnozun təsirinə tam olaraq düşmüşkən, dünyada təkamülü rədd etmək adətən bir günah halına gəlmişkən, insanlar qəfildən Günəşi gördülər. Bu günəş – “Yaradılış Atlası”dır.

Yaratılış Atlasının bir anda bütün dünyaya yayılması ilə insanları təkamülə inandırmaq mümkün deyil. Yaratılş Atlasında göstərilən minlərlə canlı fosillər tək bir Darvinistin belə inkar edilə biləcəyi kimi deyildir. Bundan əlavə, bu möhtəşəm kitabdakı tək bir fosil belə təkamülü yox etməyə bəsdir.

“Yaratılış Atlası”nın birdən-birə bütün dünyaya yayılmasından sonra insanları təkamülə inandırmaq mümkün deyil. “Yaradılış Atlası”nda göstərilən minlərlə fosili bircə darvinist belə inkar edə bilməz. Bundan başqa, bu möhtəşəm kitabdakı bircə fosil belə təkamülü puç etməyə bəsdir. Darvinizmin əsas dayağı olan Fransa mətbuatı məhz bu səbəbə görə “Yaradılış Atlası” qarşısında çox heyrətlənmiş, “Fransa tarixinin ən böyük fəlakəti”, “Göydən fəlakət yağdı”, “Yüzlərlə illik mədəniyyətimiz məhv oldu” kimi ifadələrlə atlası təsvir etmişdir.

Avropa Parlamenti bu möhtəşəm kitabı təhsilə ən böyük təhlükə hesab edərək, çaşqın vəziyyətdə gündəmə gətirmiş, yüzlərlə darvinist mətbuat orqanı isə atlasın dünyadakı möhtəşəm təsirini dilə gətirmək məcburiyyətində qalmışdır.

“Yaratılış Atlası” bütün iman gətirənlərin güclənməsinə səbəb olmuşdur

Cənab Adnan Oktarın bircə zülalın belə təsadüfən yarana bilməyəcəyi həqiqətini dünyaya bəyan etməsi və “Yaradılış Atlası” adlı əsəri ilə milyonlarla canlının təkamül keçirmədiyini sübut etməsi son zamanlar dünyada təkamülü məhv edən ən güclü fəaliyyətdir. Dünyadakı dindar müsəlman, xristian, yəhudilər də bu uğur sayəsində rahatlıqla hərəkət edə bilirlər və bunun sayəsində özlərinə inamları artmışdır. Əvvəllər darvinistlərə qarşı son dərəcə zəif olan, heç bir fəaliyyət göstərə bilməyən bir qisim dindarlar bu mühüm fəaliyyətdən sonra güclənməyə başladılar. Cənab Adnan Oktarın təkamülü darmadağın edən, dəyərli və qətiyyətli fəaliyyətlərinin ardınca amerikan əsgərlərinə təkamül saxtakarlığını izah edən və Allah`ın birliyinə çağıran konfranslar verilmişdir. Bu mühüm işlərin ardınca isə Kanada, Amerika, İsveçrə, Belçikada, Almaniya, Avstraliya, Yeni Zellandiya, Fransa, Danimarka, İsveç, İndoneziya, BƏƏ, Malaziya, Sinqapur və daha bir çox ölkədə minlərlə insanın iştirak etdiyi Yaradılış konfransları keçirilmiş, bütün dünyada televiziya kanalları və mətbuat bu dəyərli fəaliyyətdən bəhs etmişdir.

Bu mükəmməl uğurun ardınca darvinistlər bu batil dinə olan inanclarını itirdilər. İllərlə dəstəklədikləri bu saxtakarlığı artıq müdafiə edən yeni güc mənbələri qalmadı. Darvinist jurnallar maddi çətinliklərə görə deyil, sırf inanclarını itirdikləri üçün bir-bir bağlanmağa, çıxışlarını dayandırmağa davam edirlər. Hər həftə yeni bir saxtakarlıq iddiası ilə meydana gələn dünyaca tanınmış darvinist mətbuat orqanları ARTIQ BİRCƏ SAXTAKARLIQ XƏBƏRİ BELƏ VERƏ BİLMİRLƏR. Darvinizmin yeganə güc qaynağı olan darvinist təbliğat səssiz-sədasız sona çatmışdır. Darvinistlər hər fürsətdə müxtəlif təbliğat üsulları ilə təkamülü gündəmə gətirərkən bir anda sükunətə qərq oldular, daha çox rüsvay olmaqdan çəkindilər.

Londonda “Yaradılış Atlası”nı nümayiş etdirən avtobus elanları

CƏNAB ADNAN OKTARIN ƏSƏRLƏRİNDƏN FAYDALANARAQ TƏŞKİL EDİLƏN YARADILIŞ HƏQİQƏTİ MÖVZUSUNDA KONFRANSLARI DÜNYANIN BÜYÜK ŞƏHƏRLƏRİNDƏ BÖYÜK ƏKS-SƏDAYA SƏBƏB OLDU

Switzerland- Lausanne >>> Germany Luenen >>>
Germany Luenen >>> France Paris >>>

Birləşmiş Ştatlarının San Antonio Hava Bazasında verilmiş konfransından sonra Cənab Adnan Oktara təqdim edilən medal


Darvinizm bəlasından hər an xilas olmaq olar

Axırzamanda hz.Mehdi (əs) və hz.İsa (əs) zühur edəcəklər. Buna görə də bütün batil dinlər sürətlə süqut edirlər. Heç kəs bu süqutun qarşısını ala bilməz. Bu Allah’ın adətullahı, yəni qəti qanunudur. Bu dövrdə bu böyük fəaliyyətin yerinə yetirilməsinə Allah cənab Adnan Oktarı vəsilə etmişdir. Çox yaxın bir zamanda darvinizmə kor-koranə inanan insanların hər biri necə aldadıldıqlarını anlayacaq, nəzəriyyəni müdafiə edən darvinistlər isə əsl saxtakar üzləri aşkar olacağı üçün peşman olacaqlar. Əlbəttə, heç bir şey üçün gec deyildir, məğlubiyyəti və yanlışı dərk edərək həqiqəti tapmaq və həqiqəti müdafiə etmək ən əsas olandır. Beləliklə, darvinizm bəlasını dərk edən hər bir darvinist üçün həyatını həsr etdiyi bu böyük yanlışdan geri qayıtmaq imkanı, əlbəttə ki, vardır.